Bu regiona Azərbaycan “baxır”.

“Regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan keçirilə bilməz”.Mundo İnternacional” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib.
Meksikanın nüfuzlu “Mundo İnternacional” jurnalında Azərbaycan haqqında, Meksika və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin inkişaf edən iqtisadiyyatı, eyni zamanda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunan geniş məqalə dərc edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən əlumata görə, məqalədə, həmçinin 2011-ci ilin mart ayında Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarovun Meksikaya səfərinə mühüm yer ayrılıb.

Məqalədə qeyd edilib ki, “Sovet İttifaqının dağılmasından sonra, öz müstəqilliyini bərpa etmək, dövlətçiliyini inkişaf etdirib gücləndirmək üçün Azərbaycan xalqı tarixi imkan qazanıb. O zaman Azərbaycanın yaranmış vəziyyətdən çıxması və uğur qazanması böyük sual altında olmaqla yanaşı, həmçinin qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkə daxilində siyasi stabilliyin pozulması və iqtisadi çətinliklər vəziyyəti daha da ağırlaşdırıb. O dövrdən indiyədək Azərbaycan, özünün əzəli prinsiplərini elan edərək, qanunun aliliyi, bazar iqtisadiyyatı və demokratik institutlara əsaslanan müasir dövlət quruculuğu istiqamətində inkişaf edəcəyini bildirib”.

Qeyd edilib ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər, o cümlədən ölkənin özünəməxsus neft strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulub və İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət nəticəsində mümkün olub.

Məqalədə, Ermənistanın hərbi təcavüzü, etnik təmizləmələr siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının hüquqlarının pozulması, habelə Azərbaycanın böyük bir ərazisində xalqın mədəni və tarixi irsinin məhv edilməsi məsələlərinə xüsusi yer ayrılıb. Qeyd edilib ki, Ermənistan tərəfindən təcavüzkar siyasətin davam etdirilməsi regional və beynəlxalq sülhə təhdidlər yaradır.

Məqalədə, habelə Şərqdə ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edilib, Azərbaycanın söügedən dövrdən sonra keçdiyi tarixi inkişaf proseslərindən bəhs edilib.

Bilidirib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və sabit siyasi sistemə malik gənc demokratik dövlətdir. “Azərbaycan regionda lider ölkəyə çevrilib və beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Bu xüsusda, nazir E.Məmmədyarovun sözlərinə istinad edilərək qeyd edilib ki, “bizim ölkə regionda həlledici rol oynayır və regional əhəmiyyəti olan heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz”.

Azərbaycan və Meksika arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edilərək, məqalədə qeyd edilib ki, 2008-ci ildən etibarən fəaliyyət göstərən Azərbaycanın Meksikadakı Səfirliyi ölkəmizin Latın Amerikasında ilk Səfirliyi olub və bu da, öz növbəsində Azərbaycan tərəfindən Meksika ilə münasibətlərin inkişaf etdirilməsinə verilən əhəmiyyətin göstəricisidir.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma