Möhtəşəm Hərbi Parad sona çatdı.

Azərbaycan öz hərbi qüdrətini bir daha göstərdi.

Dünən Azərbaycanın paytaxtı Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü günü keçirilən hərbi parad başa çatıb. ANS PRESS-in məlumatına görə, paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri -6 min nəfərlik şəxsi heyət, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycan istehsalı olan və Azərbaycanda modernləşdirilmiş 60-a yaxın silah, 14 zirehli transportyor, ölkəmizdə modernləşdirilmiş yüzlərlə hərbi texnikalardan nümunələr, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim məşq təyyarəsi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin 28 gəmisi, kater, qayığı, Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən gəmisi, 3 xilasetmə kateri, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd gözətçi gəmisi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda iştirak edib. Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamlayıb.Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın dövlət himnini ifa edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev nitq söyləyib.

Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin və hərbi texnikanın təntənəli keçidi başlayıb. Meydana əvvəlcə, Azərbaycan Respublikasının dövlət bayrağı gətirilib.

Bunun ardınca Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölükləri, ali hərbi məktəblərin kursantları mətin addımlarla tribunanın önündən keçdilər. Ardınca silahlı birləşmələrin xüsusi təyinatlılarının, Azərbaycan sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin dəstələri də nizami addımlarla tribunanın önündən keçiblər.

Meydana əvvəlcə motosikletlər və avtomobillər daxil olub. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatlarının nümayişi hərbi parada tamaşa edənlərdə daha böyük maraq doğurub. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, qaubitsalar, qoşqular, zireh sistemləri, “Qrad” yaylım atəşli reaktiv sistemləri, zenit-raket kompleksləri, müxtəlif markalı özüyeriyən artilleriya qurğuları, piyadanın döyüş maşınları, modernləşdirilmiş tanklar bir-birinin ardınca tribunanın önündən keçib.

Xəzər dənizinin sahilində, paradın keçirildiyi Azadlıq meydanının yaxınlığında Hərbi Dəniz Qüvvələrinin gəmi və qayıqları hərbi reyddə sıralanıb.

Sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin və vertolyotlarının uçuşu oldu. Şahinlərimiz səmada döyüş təyyarələrini və döyüş vertolyotlarını məharətlə idarə edərək, yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik olduqlarını bir daha təsdiqlədilər.

Hərbi paradın sonunda bombardmançı və qırıcı-bombardmançı təyyarələr paytaxtın üzərindən keçdilər. Milli şahinlərimiz yüksək pilotaj fiqurlarını məharətlə yerinə yetirdilər. Onların heyrətamiz təmrinləri meydanda alqışlarla müşayiət olundu.

Sonda bir daha Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hamını bayram münasibətilə təbrik edib.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma