HƏRBİ PARAD

Azərbaycanda iyunun 26-da möhtəşəm bir para keçiriləcək.Parad Azərbaycan Silahlı Qüvvələri günü və Azərbaycan Respublikasının 20 illiyi münasibətilə keçiriləcək. Demək olar ki parada hazırlıq başa çatmaqdadır. Şəhərin Azadliq meydaninda bir neçə dəfə məşqlər keçirilmişdir.
Paradda Müdafiə Nazirliyinin hərbi lisey və məktəbləri, ordu birləşmələri, xüsusi təyinatlı qüvvələr, Dövlət Sərhəd Xidməti (DSX), Daxili Qoşunlar, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti keçid edəcək. Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinə məxsus hərbi gəmilər isə parada dənizdən dəstək verəcəklər. Parad müddətində Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri “Azadlıq” meydanı üzərində aviaşoular nümayiş etdirəcək. Keçiddə Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikaları da iştirak edəcək.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, paradın bir yeniliyi də ilk dəfə olaraq Azərbaycan istehsalı olan hərbi texnikaların və silahların nümayiş etdirilməsi olacaq. Paradda Müdafiə Sənayesi Nazirliyinin “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri üzərində milli silahlarla təchiz edilmiş halda keçid edəcək. Həmçinin maşınların üzərində İsrail şirkəti ilə müştərək istehsal olunmuş pilotsuz uçan aparatlar, 107 mm-lik reaktiv yaylım atəş sistemləri və s. nümayiş olunacaq. Paradda ilk dəfə olaraq Müdafiə Nazirliyinin Türkiyədən aldığı “Cobra” tipli zirehli maşınların da nümayişi gözlənilir.

Qeyd edək ki, 20 illik müstəqilliyi dövründə Azərbaycanda iki dəfə hərbi parad keçirilib. Birinci hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci parad isə 2008-ci il iyunun 26-da baş tutub. 2008-ci ilin paradında ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin aldığı son silahlar – Ukrayna istehsalı olan uzaq mənzilli “Smerch”, İsrail istehsalı olan “Lar” tipli reaktiv atəş sistemləri, “Tochka-U” raketləri, pilotsuz aparatlar ictimaiyyətə nümayiş etdirilib.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma