Rəşid Behbudov: “Deyəsən məni öldürəcəklər”

Bu gün məşhur müğənninin vəfatından 22 il ötür
Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun ölümünə səbəb olmuş hadisə təsadüfən üstü açılmış tarixi fakt olub, yoxsa keçmiş SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun üzünə Bakıdakı sovet tankları haqqında açıq şəkildə bildirdiyi iradı? Yəgin ki, hər ikisinin öz çəkisi olub. Söhbət ondan gedir ki, 1988-ci ildə Qorbaçov Moskvada Ermənistan və Azərbaycan nümayəndələrinin iclasını çağırır, Rəşid Behbudov da Ali Sovetin deputatı və tanınmış mədəniyyət xadimi kimi Moskvaya gedir. Qorbaçovla aralarında olmuş kiçik dialoqdan sonra sənətkar öz xanımına “deyəsən məni aradan götürəcəklər” deyib.

Bu görüşdən sonra Rəşid Behbudovu deputat mandatından məhrum edirlər. O, yaşlanmaşdı və xəstə idi. Bakıda böyrəyindən aldığı müalicə səmərə vermir və onu Moskva Mərkəzi Klinik Xəstəxanasına göndərirlər. Dünya şöhrətli məşhur müğənninin həyat yoldaşı Ceyran xanım çox çətinliklə və çətin şəraitdə ərinə qulluq etmək üçün onun yanında qala bilir. Qızı Rəşidəni isə karantin adıyla xəstəxanaya yaxın buraxmırlar.

Rəşid Behbudovun Hindistanda qastrol səfərində olarkən Bakı Xalq Komissarlar Şurasının sədri Stepan Şaumyanın qəbrinin Bombeydə olduğunu təsadüfən öyrənməsi, bu məsələni şəxsən araşdırması, gedib öz gözləri ilə görməsi, onu kassetə yazdırması və Bakıya qayıdan kimi Mərkəzi Komitəyə təhvil verrməsinin də sənətkarın sonunun başlanğıcına təkan olması ehtimalı var. Sonu necə olursa olsun, Rəşid Behbudov 73 illik həyatı ilə tarix yazdı.

Advertisements

1 Şərh

  1. anspress


Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma