Gənclər üçün Təhsil Mərkəzi dörd ölkənin peşə təhsili mərkəzləri ilə danışıqlara başlayıb


Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsinin yeni mərhələsinə başlayır.
GTM-dən Gün.Az-a verilən məlumata görə, beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutan yeni mərhələdə əsasən Avropa ölkələrinin texniki-peşə təhsili istiqamətində konsepsiyaları, gördükləri işlər, əldə etdikləri uğurlar və sair haqqında öyrənilərək, ölkəmizdə tətbiq edilməsi üçün təkliflər veriləcək.

Artıq Almaniya, Böyük Britaniya, Litva və Estoniyadan bir neçə peşə təhsili mərkəzləri ilə danışıqlara başlanılıb.

Layihənin rəhbəri Rasim Ağayev hesab edir ki, bu istiqamətdə uğurlu nəticələr var.

“Bakıdan, eləcə də regionlardan müxtəlif işsiz gənclər və abituriyentlər texniki-peşə təhsili almaq üçün hansı addımların atıldığını, hansı sənədlərin tələb olunduğunu, hansı qurumlara müraciət edildiyini öyrənmək üçün məsləhət saatlarımıza gəlirlər. Təbii ki, bu işdə maarifləndirmənin də xüsusi rolu var”.

Növbəti mərhələdə isə texniki peşə təhsili ilə bağlı normativ hüquqi aktlar bazasının formalaşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma