Rəsmi Ankara Kazan görüşündən irəliləyiş əldə olunacağına ümid edir

Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ANS TV-yə eksklüziv müsahibəsində deyib

Rəsmi Ankara Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Rusiyanın Kazan şəhərində görüşündə irəliləyiş əldə olunacağına ümid edir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşovaya eksklüziv müsahibəsində deyib.
“Dünən prezidentin ifadələrindən Kazan görüşündə bəzi irəliləyişlərin olacağı qənaətinə gəldim. Bundan başqa bizim Rusiya, Amerika və Fransa rəsmiləri ilə hər görüşümüzdə ən vacib müzakirələrimizdən biri Dağlıq Qarabağ məsələsidir. Və bu məsələnin həllində biz də xüsusən bu işə cəlb olunmuş tərəf qismində hər cür səylərimizi göstərəcəyik. Mən irəliləyişlərin ümidverici olduğu qənaitindəyəm. Böyük səkkizliyin son iclasında ortaya qoyulan perspektiv, ümidverici bir perspektivdir. Ümid edirik ki, Ermənistan da bu məsələdə süründürməçiliyə yol verməyin öz mənafeyinə zidd olduğunu anlayacaq və tez bir zamanda ədalətli bir seçimə yol açılacaq”, deyə Türkiyə XİN rəhbəri bəyan edib.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma