İstiqlal snayper tüfəngi

İstiqlal (İST-14,5 Anti-Material Rifle) – Azərbaycanın istehsal etdiyi snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir.
2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən “İDEAS-2008” hərbi sərgisində nümayiş etdirilən “İstiqlal” sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub.

“İstiqlal” snayper tüfəngi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.
Türkiyənin bu snayper tüfənginə marağı böyükdür. Türkiyə Milli Müdafiə Nazirliyinin növbəti illərdən «İstiqlal»ın Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcəyini planlaşdırıb
Hazırda “İstiqlal” snayper tüfənginin yeni versiyası hazırlanır

Taktiki-texniki xüsusiyyətləri
Çəkisi 20 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.
Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan “”İstiqlal” -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.
Bu silah həm MDB ölkələrində, həm də NATO ordularında istifadə olunan anoloqlarından yüksək səviyyədədir. “İstiqlal” snayper tüfəngi yerli mütəxəssislər tərəfindən hazırlanıb.

İstifadə olunan yerlər
Bu silah Azərbaycanın cəbhə bölgələrində istifadə olunur. Azərbaycan ordusunun snayperləri atəşkəs rejimini pozan erməni əsgərlərini cavab atəşi ilə susduracaq. Azərbaycan Silahlı Qüvvələrinin snayperləri çox dəqiq işləyir və düşməni saatlarla müşahidə edib vurmaq qabiliyyətinə malikdir.
İstifadə edən ölkələr
• Azərbaycan
• Türkiyə
• Pakistan
• İordaniya

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma