Britaniyalı parlamentari: “BMT-nin 4 qətnaməsinin icra olunmasına çalışacağıq”

“Azərbaycanda gördüyümüz vəziyyəti Böyük Britaniya parlamentində paylaşacağıq”

Azərbaycanda səfərdə olan Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıda Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən Mark Fild məcburi köçkünlərlə görüşdüyünü bildirib:

“Səfərimiz çərçivəsində məcburi köçkünlərin həyat şəraiti ilə tanış olduq, həmçinin cəbhə xəttindəki yaşayış məntəqələrinə səfər etdik. Münaqişənin həllinə dair biz böyük vədlər verə bilmərik. Biz orada evlərindən ayrı düşmüş insanların həsrətlərini dinlədik”.

M. Fildman həmçinin BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin icra olunmasının həlli yollarını arayacağını söyləyib.

“Bizə məlum oldu ki, işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsi 19 ildir icra olunmur. Biz bunun həlli yollarını arayacağıq. Azərbaycanda gördüyümüz vəziyyəti Böyük Britaniya parlamentində paylaşacağıq. Yaxın gələcəkdə Britaniya parlamentindən Azərbaycana yenə heyətlərin gələcəyinə ümid edirik”, deyə britaniyalı parlamentari qeyd edib.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma