Prezident əfv fərmanı imzalayıb

Əfv olunan şəxslərin sabah səhərdən həbsxanadan buraxılmasına başlanılacaq

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında fərman imzalayıb. Fərmana əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər, azadılığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməməiş hissəsindən azad edilib. 4 nəfərin isə cəzasının çəkilməməiş hissəsi yarıyadək azaldılıb. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında jurnalist Eynulla Fətullayev də var. Eynulla Fətullayev 2007-ci ilin aprelində həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. 2009-cu ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəində saxlanılan Fətullayevin üzərində 223 qram heroin aşkarlanıb. Bununla əlaqədar onun barəsində çıxarılan həbs müddəti 8 il 6 ay olub. O, bu ilin mart ayında əfv olunması üçün prezident İlham Əliyevə müraciət etmişdi.

Əfv olunan digər məhbuslar arasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Allahverdiyevin müavini Eldəniz Lahıcov və sabiq polis rəisi Müşfiq Mədətov da var.

Sabahdan etibarən cəzalarının çəkilməmiş hissəsindən azad olunan şəxslərin həbsxanadan buraxılmasına başlanacaq.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma