İran prezidenti növbəti “şok” iddia ilə çıxış edib

Əhmədinejad Avropa ölkələrinin İran da daxil olmaqla bir çox ölkədə quraqlıq yaratmaq istədiyini deyib

İran prezidenti Mahmud Əhmədinejad Avropa ölkələrinin İran da daxil olmaqla bir çox ölkədə məqsədli olaraq quraqlıq yaratmaq istədiyini deyib. İranın Mərkəzi əyalətində su anbarının açılışında çıxış edən Əhmədinejad keçən il İrana doğru hərəkət edən buludların Avropa tərəfindən saxlanıldığını iddia edib: “Avropa bol yağmurlu bir ərazi olmasına baxmayaraq avropalılar keçən il xüsusi bir texnologiya ilə yağışlı buludları boşaldaraq İranın da olduğu region ölkələrinə çatmasına mane olublar. Buludlar qərbdən şərqə doğru hərəkət etdiyi üçün nəticədə İrana da yağış yağmamışdı”.

Əhmədinejad qərbli bir siyasətçinin Türkiyə və İrandan başlayaraq Şərqi Asiyaya qədər uzanan ərazilərdə qarşıdakı 30 ildə quraqlıq olacağı barədə məqalə yazdığını xatırladaraq həmin siyasətçinin su mütəxəssisi olmadığını deyib: “Adam su mütəxəssisi deyil. Bu da həmin məqalənin elmi araşdırma olmadığını, əvvəldən planlaşdırılmış kəhanət olduğunu göstərir”.

Avropalıların bu yolla region ölkələrində vətəndaş müharibəsi yaratmaq istədiyini deyən İran prezidenti bu məsələni qanuni yollarla araşdıracaqlarını deyib.anspress

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma