Ermənistan öncə söz verir, sonra isə…

Novruz Məmmədov: “Məni indi narahat edən odur ki, Ermənistan tərəfi son vaxtlar siyasi manevrlərə üstünlük verir”

“Prezidentlərin son görüşündən sonra müəyyən kiçik ümid var idi ki, İrəvan daha konstruktiv mövqe tutacaq. Son zamanlar aparılan danışıqlara nəzər salsaq, görərik ki, Ermənistan öncə müəyyən söz verir, sonra isə hansısa bəhanə tapıb, mövqeyini dəyişir. Belə bir davranış Ermənistan rəhbərliyinin siyasətinə çevrilib”. Bu sözləri Qarabağ danışıqlarının hazırkı mərhələsi ilə bağlı sualları cavablandıran Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Şöbə müdiri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə konkret nəsə deməyin hələlik tez olduğunu bildirib: “Ola bilər ki, qarşıdan gələn aylar ərzində belə görüş baş tutsun. Məni indi narahat edən odur ki, Ermənistan tərəfi son vaxtlar siyasi manevrlərə üstünlük verir. Söz verir, 3-4 aydan sonra isə bunu unudur. Axır vaxtlar mən bunu Ermənistan prezidenti və digər rəsmilərinin bəyanatlarında görürəm. Burada başqa bir məqam da var ki, bu da Qərb aləminin məsələyə yanaşmasıdır. Əgər Qərb həqiqətən qərəzsiz mövqe tutduğunu sübut etmək istəyirsə, onda ədalətli mövqe nümayiş etdirməlidir. Dünya bilir ki, Azərbaycanın 7 rayonu işğal olunub və orada bir azərbaycanlı belə yaşamır. Amma heç bir dövlət ortaya konkret tələb qoymur. Əgər onlar burada ədalətli mövqe nümayiş etdirsəydilər, onda iddialarını dinləmək olardı. Amma heyf ki, mən bunu deyə bilmirəm. İşğalçılara daima yardım edirlər, istər mənəvi, istər maliyyə, istər siyasi və s. Bəziləri dünyanı göstəriş əsasında idarə etmək istəyir. Zənnimcə, sadəcə ədalətli olmaq lazımdır”.

Advertisements

1 Şərh

  1. anspress


Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma