Prezident İlham Əliyev məmurlara xəbərdarlıq etdi

“Harada nəyin baş verməsindən kifayət qədər xəbərim var”

“Rəqabət artdıqca əlbəttə ki, rəqabətlə bağlı olan məsələlər daha da qabarıq şəkildə özünü büruzə verəcək. Biz elə etməliyik ki, ölkəmizdə sağlam rəqabəti təmin edək. Bu, həm sahibkarlardan, eyni zamanda, bəlkə də daha da çox dövlət qurumlarından asılıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında deyib. Onun sözlərinə görə, bəzi hallarda qeyri-sağlam rəqabət, inhisarçılıq çox böyük maneələr törədir: “İnhisarçılıq həm idxalda, həm də ki, yerli istehsalda özünü göstərir. Biz Novruz bayramı ərəfəsində bu vəziyyətlə üzləşmişdik, Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri süni şəkildə qaldırılırdı. Ona görə, çox ciddi tapşırıqlar verildi və nəzarət təşkil edildi ki, həm Azərbaycanda istehsal olunan məhsulların qiymətləri şişməsin, eyni zamanda, məhsulların idxalında tam şəffaflıq təmin edilsin. Sağlam rəqabət biznes mühitinin yaxşılaşdırılması üçün ən vacib amillərdən biridir”.

Prezident bildirib ki, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də öz müsbət nəticələrini verməkdədir: “Bu, həm sosial sahədə özünü göstərir, dövlət qurumlarının fəaliyyəti daha da şəffaf olur, ictimai nəzarət güclənir, eyni zamanda, biznes sektorunda da rüşvətxorluğa, əsassız tələblərə son qoyulmalıdır. Mən bu məsələ ilə bağlı bir neçə dəfə fikirlərimi bildirmişəm, müvafiq tapşırıqlar da verildi. Sahibkarlar da öz tərəfindən əsassız tələblərə qarşı mübarizə aparmalıdırlar, müqavimət göstərməlidirlər, hər bir xoşagəlməz hallarla üzləşəndə mütləq müvafiq dövlət qurumlarına məlumat verməlidirlər”.

Dövlət başçısının sözlərinə görə, bütün maliyyə sistemində şəffaflıq təmin edilməlidir: “Bunu edirik və bu sahədə böyük uğurlara nail ola bilmişik. Mən Azərbaycan Dövlət Neft Fondunu misal gətirə bilərəm. Dünya miqyasında fəaliyyət göstərən bütün oxşar fondların arasında ən şəffaf və ən gözəl idarə olunan neft fondu Azərbaycan Dövlət Neft Fondudur. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən Neft Fondunun fəaliyyəti yüksək qiymətləndirilir. Bu Dövlət Neft Fondunu biz yaratmışıq və biz idarə edirik. Bu, onu göstərir ki, siyasi iradə, düzgün menecment və peşəkarlıq olan yerdə biz ən yüksək dünya standartlarına nail ola bilərik və belə olan halda bütün başqa sahələrdə də şəffaflıq, dürüstlük olmalıdır. Biznesə gəldikdə, bir də demək istəyirəm ki, sağlam rəqabət aparılmalıdır”.

İlham Əliyev məmurlara bir daha xəbərdarlıq edib: “Bugünkü iclasda bölgənin rayonlarının icra hakimiyyəti başçıları da iştirak edirlər. Mən dəfələrlə onlara da öz sözümü demişəm. Onlar sahibkarlığa kömək göstərməlidirlər, maneçilik törətməməlidirlər. Dövlət tərəfindən sahibkarlara diqqət hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə göstərilməlidir. Deyə bilərəm ki, bu sahədə son illərdə çox müsbət dəyişikliklər vardır. Yerli icra orqanlarının əksəriyyəti dövlət siyasətini düzgün başa düşür və düzgün icra edir. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, bütün bölgələri gəzirəm. İnsanlarla görüşürəm, soruşuram, məlumat mənbələrim varr. Harada nəyin baş verməsindən də kifayət qədər xəbərim var. Ona görə, deyə bilərəm ki, əksər hallarda yerli icra orqanları bu işlərdə özlərini yaxşı göstərirlər. Harada ki, nöqsanlar, qüsurlar var, bu məsələyə də biz lazımi diqqət göstəririk, lazımi ölçülər götürülüb və götürüləcək”.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma