Ermənilər “Eurovision”a oğurluq rəqslə gedirlər!

Bu dəfə Azərbaycanın milli rəqsi oğurlanıb

anspress-in verdiyi xəbərə görə dünən Almaniyanın Düsseldorf şəhərində “Esprit Arena”da “Eurovision 2011” mahnı müsabiqəsinin iştirakçıları əsas məşqlərini keçiriblər. Ermənilərin isə həmişə olduğu kimi, Azərbaycandan nə isə oğurladıqları məlum olub. Onların budəfəki oğurluq obyekti Azərbaycanın milli rəqsi “Köçəri” oldu.

Maraqlıdır ki, ermənilər ifanın “Köçəri” rəqsi olduğunu etiraf etsələr də, onu özlərinin milli rəqsləri kimi təqdim edirlər. Üstəlik milli “Köçəri” rəqsini “koçari” adlandırırlar. Bu barədə Ermənistanın “Panorama” saytı belə yazır: “Emminin çıxışı xüsusi ilə “Köçəri” milli rəqsi (red.-?) ilə maraq doğurur. Səhnənin fonu işıqlıdır, lakin təngə gətirmir, hərçənd ki, komanda nəyisə dəyişməyə qərar verə bilər. İkinci məşqdə hər şey aydın olacaq”.

Qeyd edək ki, “Köçəri” – Azərbaycanın milli rəqslərindən biridir. Əsasən Naxçıvanda geniş yayılıb. Qərbi Azərbaycanda (indiki Ermənistan), azərbaycanlılar oradan tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda, azərbaycanlıların ifa etdikləri populyar rəqs idi. Bu rəqs Türkiyədə də populyardır. Əsasən azərbaycanlıların yaşadığı Qarsda – yallı rəqslərindən biridir.

Rəqs qaydası – rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. Naxçıvanda el şənliklərində ifa edilir.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma