Anar Məmmədxanov son mənzilə yola salındı

Onu son mənzilə doğmaları, “Bakılı Oğlanlar” komandasının üzvləri, yaxın dostları, millət vəkilləri, sənət və ictimaiyyət nümayəndələri yola salıblar

Aprelin 23-də infarktdan dünyasını dəyişən Milli Məclisin keçmiş deputatı, Şən və Hazırcavablar klubunda çıxış edən “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı Anar Məmmədxanov bu gün torpağa tapşırılıb. Lent.az-ın məlumatına görə, mərhumun cənazəsi yaşadığı evin həyətindən götürülüb və II Fəxri Xiyabanda dəfn olunub.

A.Məmmədxanovun cənazəsi son mənzilə doğmaları ilə bərabər, “Bakılı Oğlanlar” komandasının üzvləri, yaxın dostları, millət vəkilləri, sənət və ictimaiyyət nümayəndələrinin çiynində yola salınıb.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə “Bakılı oğlanlar” komandası ilə bir yerdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Evli idi, 3 övladı qalıb.

lent.az

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma