Xocalı soyqırımı Macarıstan parlamentində

Macarıstan müxalifətinin aparıcı partiyası Xocalı soyqrımının tanınmasını nəzərdə tutan qərar layihəsini ölkə parlamentinin müzakirəsinə çıxarır.

Milli.Az xəbər portalı bildirir ki, Macarıstan parlamentinə ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırım törətmələrini rəsmi qaydada tanıyan qətnamə layihəsi təqdim olunub. Sənəddə bildirilir ki, 1992-ci ilin fevralın 26-da Xocalıda törədilmiş soyqırımda 613 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Sənədin müəllifi  parlamentdə böyüklüyünə görə üçüncü fraksiyaya malik “Daha Yaxşı Macarıstan Uğrunda” (Jobbik) Partiyasıdır.

“Əgər bu məlumat təsdiqlənərsə, Ermənistan-Macarıstan əlaqələri ciddi şəkildə pisləşə bilər”, – Ermənistanın hakimiyyət dairələrindəki mənbə “Panarmenian.net”ə bildirib.

Macarıstanın əsas müxalifət partiyası olan “Jobbik” Macarıstan parlamentindəki 227 mandatdan 47-nə malikdir.

Milli.Az xəbər portalı “Jobbik”in rəsmi saytına istinadən bildirir ki, Macarıstan parlamentinin xarici işlər üzrə komitəsinin sədr müavini, “Jobbik” partiyasından olan deputat Marton Qyonqyosinin dediyinə görə, partiyanın parlament fraksiyasının lideri Qabor Vona və onun müavini Tamaş Heqeduşla birlikdə bu sənəd layihəsini ərsəyə gətiriblər.

Marton Qronqyosi Budapeştdə keçirilən mətbuat konfransında deyib:

“Sabiq Sovetlər Birliyi dağılandan sonra Ermənistan və Dağlıq Qarabağdakı ermənilər Azərbaycana qarşı hücumlara başladılar. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olundu, 20 min vətəndaş qətlə yetirildi, 100 min nəfər yaralandı, 1 milyona yaxın günahsız insan yurd-yuvalarını tərk edərək məcburi qaçqın və köçkün oldular. 1992-ci fevralın 25-26-da ermənilər Xocalıda tükürpədici, dəhşətli soyqırım törətdilər. Onlar Xocalıda 613 nəfəri qətlə yetirdilər ki, həmin şəxslərin 106 nəfəri qadın, 83-ü də uşaqlardır.

Partiyamız Avropa Birliyi ilə yanaşı, Avropa məkanında ikili standartların tətbiqini həmişə sərt tənqid edib.

ATƏT, Avropa Şurası, BMT, Avropa Parlamenti və NATO çoxsaylı qətnamələrində bu soyqırımı pisləsələr də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni işğalında olan Azərbaycan torpaqlarının azad olunması problemi hələ də həllini tapmayıb. Xocalıdakı soyqırım ötən əsrin ən böyük etnik təmizləmələrindən, soyqırım və qətliamlarından biri olsa da, çox ədalətsizcəsinə dünya birliyi tərəfindən “unudulub”. Tarix və universal insan hüquqları qarşısında məsuliyyətimizim nəzərə alaraq Dağlıq Qarabağ probleminin ən yaxın vaxtlarda həll olunmasını, erməni işğalı nəticəsində yurd-yuvalarından olmuş 1 milyoni azərbaycanlının yurd-yuvalarına qayıdışının təmin edilməsini istəyirik”, – Budapeştdə keçirdiyi mətbuat konfransında “Jobbik”in təmsilçisi deyib.

M.Qronqyosi, Qabor Vona və Tamaş Heqeduşun birgə mətbuat konfransında Xocalı soyqırımıdan bəhs edən videokadrlar da nümayiş etdirilib.

Macarıstan müxalifətinin ən böyük siyasi təşkilatı olan “Jobbik”in Xocalı soyqırımı ilə bağlı keçirdiyi mətbuat konfransı barədə partiyanın rəsmi saytında da geniş məlumat dərc olunub.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma