Erməni şairi: “Ermənistan iyrənc unitaza çevrilib”

Ermənistan şairi ölkəsini və xalqını “vəsf” edib

Erməni şair ölkəsinin Rusiyanın bir oyuncağı olduğunu etiraf edib. Geniş ictimaiyyət qarşısında çıxış edən erməni şairi, sadə xalqın arasından çıxan birisi öz simalarını bütün çılpaqlığı ilə təsvir edib. Şairlər hər zaman xalqın ən gözəl, ən nəfis, özünəməxsus xüsusiyyətlərini vəsf edən, təcəssüm edən ziyalı təbəqəsinə aid edilirlər. Bu gün isə ermənilərin ən nəfis cəhətlərini nümayiş etdirən erməni şairi özlərini ən iyrənc unitaza bənzədib.

Anspress – ə istinadən hər şey onun sözləri ilə veririk. Erməni şairi Ruden Azxerdyan bugünkü açıqlamasında Ermənistanı feodallar üçün böyük və iyrənc unitaza bənzədib. O, bu ölkə rəhbərliyinin çox yaxşı dağıtmağı bacardığını da xüsusi qeyd edib: “Elə təəssürat yaranır ki, bütün Ermənistan rəhbərliyi ancaq xalqı talan etməyə gəlib və gəlir. Necə olur ki, hansısa məmur, lap elə prezident olsun, ya da sıradan biri oliqarx olur, hansısa piylənmiş general feodala çevrilir.

Ermənistanın heç bir prezidenti bu vaxta qədər nə səhv etdiyini etiraf edib, nə də buna görə üzr istəyib. Hamı həmişə düzünü deyir. Bizdə ÜDM həmişə qeydə alınır, ərzaq səbəti həmişə doldurulur, amma boşluqla.

Ölkə parlamenti anti-ziyalılarla təmsil olunub, deputatlar ancaq şəxsi mənfəətlərini güdür. Ancaq şəxsi nəqliyyat xətləri, taksi-xidmətləri və supermarketlərini düşünürlər. Meymuna da qalstuk və pəncək geyindirib parlamentə göndərmək olar, elə o meymun hamını əmin edəcək ki, ziyalıdır və cəmiyyətin haqlarını qoruyur”.

Ruden Azxerdyan Ermənistanın hələ də SSRİ-də yaşadığını, ölkə rəhbərliyinin hələ də Moskva tərəfindən təyin edildiyini və ancaq “rus əmilər”in nə deyəcəyini, nə tapşırıq verəcəklərini gözlədiklərini deyir: “ Çox nahaq düşünürüsünüz ki, biz sovet ölkələrindən çıxmışıq. Nə qədər bizim rəhbərliyi sovet düşüncə tərzinə malikdir bu olmayacaq. Bu, elə “Mercedes” markalı maşına “Volqa”nın mühərrikini yerləşdirmək və “Mercedes” sürdüyünü iddia etmək kimi bir şeydir. Onlar sosialist ola bilməzlər, çünki elə lap əzəldən rüşvətxor olublar. Ruslar kimi təyin etməyi və onların əli ilə xalqı məhv etməyi çox yaxşı bilirlər”.

Türkü qatı düşməni hesab edən erməni bügün özlərindən muğayat olmağı tapşırır: “Müharibə bitməyib, o, ən dəhşətli şəkildə davam edir. İçimizdə olan düşmənlər türklərdən də dəhşətlidirlər. Türkü dəqiq bilirsən ki, düşmənindir, amma bunlar səni kürəyindən vururlar”.

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma