XİN: “Qeyri-rəsmi məskunlaşanlar Azərbaycan torpaqlarından çıxarılacaq”

Rəsmi Bakı ATƏT-in Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibət açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov ANS-ə açıqlamasında bildirib ki, missiyanın hesabatında Ermənistanın işğal edilmiş ərazilərdə yürütdüyü qeyri-qanuni məskunlaşdırma siyasəti də əksini tapıb.

“Bu hesabatda işğal altındakı torpqlarda qeyri-qanuni məskunlaşma öz təsdiqini tapıb. Bu artıq ancaq Azərbaycanın qaldırdığı bir məsələ deyil, eyni zamanda bunu həmsədrlər də deyir. Bu insanların aqibəti və gələcək taleyi Ermənistan rəhbərliyinin üzərinə düşən məsuliyyətdir. Ona görə ki, Azərbaycanın işğal olunmuş əraziləri erməni işğalçı silahlı qüvvələrindən azad ediləndən sonra, qeyri-qanuni məskunlaşanlar da bu əraziləri tərk edəcək. Belə bir qeyri-qanuni məskunlaşmanı yaratmaqla, real faktla üzləşdirmə cəhdləri yol verilməzdir və Azərbaycan buna heç vaxt dözümlülük göstərməyəcək”, – deyə XİN rəsmisi bildirib

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma