Yaponiyada zəlzələ baş verib.

Yaponiyanın əsas adası olan Hönsünün şimal-şərqində, Sakit okeanda Rixter cədvəli ilə 8,9 bal gücündə zəlzələ baş verib. Bu  son 140 ilin ən güclü və dağıdıcı zəlzələsidir.  Yeraltı təkanların episentri Sakit okeanda 10 kilometr dərinlikdə qeydə alınıb.  Zəlzələdən sonra 150-dən artıq yeraltı təkanlar baş verib.  Zəlzələ əsasən Miyagi prefekturasının Senday şəhərinə
ciddi ziyan vurub. Yeraltı təkanlardan sonra Sakit okeanda hündürlüyü 10 metr olan sunami qeydə alınıb. Sunami Yaponiyanın şimal-şərq ərazilərində güclü dağıntılar törədib. Güclü su axını sahil ərazilərdə olan minlərlə avtomobili aparıb. Minlərlə tikili tamamilə dağılıb. Miyagi, İvate və Fukusima prefekturalarında əhali təcili evakuasiya edilib. Yeraltı təkanlar və 10 metrlik sunami nəticəsində çox sayda insanın həlak olduğu və itkin düşdüyü bildirilir. Çox sayda yaralının olduğu barədə məlumatlar yayılıb. Miyagi prefekturasında elektrik enerjisinin verilməsi dayandırılıb. Bölgədə olan “Onnaqave” atom elektrik stansiyası, həmçinin Fukusima prefekturasındakı iki atom elektrik stansiyası işini dayandırıb. Senday şəhərində qaz sızması qeydə alınıb. Yeraltı təkanlardan sonra bir çox binalarda yanğınlar baş verib. Neftayırma zavodları və yanacaq anbarlarında da yanğınların olduğu bildirilir. Tiba prefekturasında poladəritmə zavodunda alovun qarşısı alınmaz olub. Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib. Tokio ətrafında yanan neftayırma zavodu şəhəri tüstüyə bürüyüb. İnsanlar təlaş içində evlərini tərk edirlər. Paytaxtda 4 min tikilinin tamamilə dağıldığı bildirilir. Zəlzələ nəticəsində Yaponiyanın bir çox bölgələrində mobil telefon rabitəsi də kəsilib. Tokioda rəsmi dövlət qəbullarının keçirildiyi “Kudan kaykan” evi də dağılıb. Təbii fəlakətdən dərhal sonra baş nazir Naoto Kanın iqamətgahında və müdafiə nazirliyi nəzdində fövqəladə qərargahlar yaradılıb. Baş nazir əhalini soyuqqanlı olmağa çağırıb və bildirib ki, vəziyyətin normallaşdırılması üçün Yaponiya hökuməti təcili addımlar atır. Yerli hakimiyyət orqanları yeni təkanlar və sunamilər baş verəcəyini istisna etmirlər. Hökumətin iclası keçirilən zaman da yeraltı təkanlar hiss olunub. Bölgədəki aeroportlar da bağlanıb. Hava limanlarına da sunami nəticəsində ciddi ziyan dəyib. Honsü adasındakı Tohoku sürət avtomagistralının böyük hissəsi tamamilə dağılıb. Dəyən ziyanın miqyasını müəyyənləşdirmək üçün bölgədə hərbi təyyarələr və helikopterlər uçuşlar həyata keçirilər. Yaponiya hökuməti təbii fəlakət bölgəsinə hərbi desant gəmiləri göndərib. Yaponiyanın milli meteorologiya xidməti əhaliyə hündür ərazilərə sığınmaq barədə xəbərdarlıq edib. Yeraltı təkanlardan sonra ikinci sunami dalğası da qeydə alınıb. Senday şəhərindəki dəniz limanı tamamilə dağılıb. Sunami gəmiləri və qayıqları sahilə çıxarıb. Yeraltı təkanlar baş verən bölgələrdə bir çox müəssisələr bağlanıb. Sony şirkəti Miyagi və Fukusima prefekturalarındakı 6 zavodunun fəaliyyətini dayandırıb. Toyota şirkəti də bölgədəki zavodlarını bağlayıb. Dəmir yollarında da qatarların hərəkəti tamamilə dayandırılıb. Sunami barədə Filippin, İndoneziya, Havay adaları, Avstraliya və Yeni Zellandiyada da xəbərdarlıq edilib. Rusiyanın Saxalin sahillərində də sunami təhlükəsinə görə əhali evakuasiya olunub. 3 yaşayış məntəqəsi tamamilə boşaldılıb.

mənbə: aztv

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma