Yaponiyada həlak olanların sayı 1300 nəfəri ötüb.

Ötən  gün  yəni martın  11 də Yaponiyada  8.9 bal   gücündə  baş  vermiş  zəlzələ  nəticəsində    həlak  olanların  sayı  1300  nəfəri  ötməkdədir.  Bu   barədə  informasiyanı  yaponiyanın  baş  polis idarəsi  yayıb.

Yaponiya  höküməti  isə  573  nəfərin  ölüm ,
  740  nəfərin  isə  itkin  düşmə  xəbərini təsdiq  edib.

Ölkənin şimal-şərqindəki yaşayış məntəqələrində yaşayan əhalinin əksər hissəsi sunami və torpaq sürüşməsinin təsirinə məruz qalıb. Zəlzələ və onun ardınca gələn sunami dağıntılara səbəb olub. Hava və dəmir yol nəqliyyatı iflic olub. Çox sayda uçuş və qatar təxirə salınıb. Hava limanları və vağzallarda çoxlu sayda insan qalıb.

“Onaqava”, “Fukusima-1” və “Fukusima-2” də daxil olmaqla 5 Atom Elektrik Stansiyasında fövqəladə vəziyyət elan edilib. “Fuksima -1” AES-də sızma baş verib. Bu barədə Tokio Energetika Şirkəti açıqlama yayıb. “Fukisima-1” atom elektrik stansiyası yaxınlığında məskunlaşan 3 minə yaxın insan evakuasiyası elan edilib. Şirkətin məlumatına görə, AES-in turbin bölməsində birinci reaktorda radiasiyanın səviyyəsi artmağa başlayaraq normadan 100 dəfə çox olub. Əraziyə mütəxəssislərlə birgə baş nazir Naoto Kan da gəlib.

Ölkənin şimal qərbində dağlıq hissələrdə yeni yeraltı təkanlar hiss edilib. Bu dəfəki təkanların gücü rixter şkalası üzrə 6.6 bal təşkil edib, sunami və ya itki barədə məlumat yoxdur. Yaponiya hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılması proesinə 8 min nəfərlik ordunu cəlb edib və Birləşmiş Ştatlardan hərbi yardım istəyib

mənbə:anspress

Advertisements

Bir şərh yazın

Heç bir şərh yoxdur.

Comments RSS TrackBack Identifier URI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma